Uqo Çaves xəstəxanaya yerləşdirildi

DÜNYA
12:16 19.01.2013
1183
Venesuelanın xərçəng xəstəliyindən əziyyət çəkən prezidenti Uqo Çavesi tibbi və cərrahi tədqiqatlar aparılan mərkəzə yerləşdiriblər. Həmin məkana həm də gizli hospital da deyilir. Bu hospital Havanada ən böyük yeraltı bunker də hesab olunur.Jurnalistlər hesab edirlər ki, Uqo Çavesin səhhətilə bağlı heç bir informasiyanın sızmaması üçün onu məhz həmin yeraltı bunkerə yerləşdiriblər.Çavesin vəziyyəti isə hələ də kritik olaraq qalır. "Univision" telekanalının məlumatına görə, prezident çəkisini 40 funtdan 50 funta qədər itirib. Həmçinin onun nəfəs almasında problemlər yenə də qalır. Qeyri-rəsmi məlumatlarda isə onun bağırsağının bir hissəsinin kəsildiyi iddia edilir.

OXŞAR XƏBƏRLƏR