Uşaqlara alça və çiyələk verməyin! - Xəbərdarlıq

Uşaqlara alça və çiyələk verməyin! - Xəbərdarlıq
SAĞLAMLIQ
14:19 08.05.2017
2130
 
May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılır.
 
Qiymətləri baha olsa da, iştahı çəkən və alıb yeyənlər də az deyil. Ancaq hamımız bilirik ki, hazırda satışda olan çiyələk və alça təbii şəkildə yox, istixanada yetişdirilib. Bu meyvələrin sağlamlığa ziyanı bilinsə də, bəzi valideynlər azyaşlı uşaqlarına alıb yedizdirməkdən ehtiyat etmirlər.
 
"Uşaqdır, tamahı çəkdi, alıb verdim” kimi bəhanələri də var. Süni yetişdirilən məhsulların "zəhərlənmə” təhlükəsini nəzərə alan isə yoxdur.

Ailem.az bu haqda tanınmış pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Həkim  valideynlərə hazırda satılan çiyələk və alçanı yedizdirməməyi məsləhət görür.
 
Hər iki giləmeyvənin faydalarını inkar etməyən V.Qarayev deyir ki, hazırda satışda olan çiyələk və alçanı uşaqlara vermək olmaz: "Uşaq orqanizmi üçün faydalı olan bu giləmeyvələri mövsümündə yemək lazımdır. İndi satışda olan çiyələk və alça istixana məhsuludur. Çiyələyin daha da qırmızı, alçanın böyük olması üçün mütləq tərkibinə kimyəvi maddə vurulub. Süni yolla yetişdirildiyində isə çiyələk və alçanın faydasından əsər qalmır. Ancaq vaxtında, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı çox faydalıdır. Odur ki, hər meyvəni vaxtında yemək lazımdır”.

Süni yolla yetişdirilən istənilən məhsulun sağlamlığa zərərli olduğunu vurğulayan V.Qarayev əlavə edib ki, hər bir meyvə, ya tərəvəz təbii yolla yetişəndə onun orqanizmə faydalarından yararlanmaq mümkün olur: "Süni yolla yetişdirilən qida sadəcə qəşəng görünüşə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir”.

Pediatr qeyd edib ki, indi bazarlara nəzarət yoxdur: "Baxırsan ki, bazarda satılan pomidorlar qıpqırmızıdır. Axı necə ola bilər ki, mayda pomidor o cür qızarsın. Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz. Hər kəs bunun təhlükəsindən xəbərdar olmalıdır”.
 
"Əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar. İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır. Yoxdursa, verilməsində heç bir problem yoxdur. Bəzi düşüncələrə görə də, uşağa 5 yaşından sonra kompot verilə bilər. Amma 5 yaşdan öncə də kəm şirin kompotlar vermək olar”.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım