“Vardanyan Qarabağda əbədi qalmayacaq”

“Vardanyan Qarabağda əbədi qalmayacaq”
SİYASƏT
15:40 25.01.2023
246
Azərbaycanlı aktivistlərin Laçın-Xankəndi yolunda başlatdığı aksiyadan sonra Rusiya və Qərb mətbuatına tez-tez qonaq edilən Ruben Vardanyanın artıq çətin duruma düşdüyü görünür. Bunu Vardanyanın bir neçə gün öncəki müsahibədəki düşdüyü durum da sübut edir. Belə ki, BBC-də Stiven Sakurun "HARDtalk” layihəsinin qonağı olan Vardanyan aparıcının sərt sualları ilə üzləşib və çətin duruma düşdüyünü gizlədə bilməyib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, "Pulyuyan Ruben”i BBC-də yuyub, sərdilər:
 


"Pulyuyan Ruben” ləqəbli Vardanyan BBC-nin "Hard Talk” proqramının aparıcısı Stiven Sakurun suallarına cavabında, əslində çirkli pulların, ona bu missiyanı həvalə edənlərin "toxunulmazlıq çətiri” altında yuyulmasından başqa bir işə yaramadığını bir daha sübuta yetirdi. Amma bu dəfə Vardanyan gerçəkliklə üz-üzə qaldığı, himayə olunmadığı üçün hətta "cəmaşirxana sahibi” kimi də özünü doğrulda bilmədi. Necə deyərlər, Stiven Sakur "Pulyuyan Ruben”i xışmalayıb yudu da, çırpıb sərdi də”.

Politoloq qeyd edib ki, Vardanyan bir yandan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın müddəlarına əməl olunmasının vacibliyindən söz açır, daha sonra özü də daxil olmaqla separatçı qondarma rejim tərəfindən sözügedən bəyanatın tələblərinə riayət edilidiyini deyir: "Daha sonra bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan ermənilərin "arsax” adlandırdıqları mövcud olmayan təsisat və Ermənistan ayrı-ayrı dövlətlərdir. Bütün digər məqamları, Azərbaycan torpaqlarının, o cümlədən ermənilərin yaşadığı Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu, bu müddət ərzində aparılan bütün danışıqlarda Ermənistanın tərəf kimi iştirak etdiyini və təbii ki, Azərbaycan ordusunun qələbəsindən sonra kapitulasiya sənədinə məhz Ermənistanın imza atdığını, separatçıların hələ də rəsmi olaraq Ermənistanın büdcəsindən maliyyələşdiyini və daha neçə-neçə faktı bir kənara qoyuram. Maraqlıdır, özünü "müstəqil dövlət”in nümayəndəsi kimi tədim edən Ruben Vardanyan, görəsən hansı məntiqlə və statusla üçtərəfli bəyanatın müddəalarına əməl etdiklərini deyir. Axı bu bəyanatın heç bir yerində "arsax”dan söz açılmır. Bu qondarma, tarixin arxivinə gömülmüş rejimin hansısa özü kimi qondarma təmsilçisinin heç "it dəftərində” də imzası nədir, adı belə yoxdur. Maraqlıdır, bu "adam” deyək, özü nə danışdığının fərqindədir? ".

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, müsahibə bir çox baxımdan diqqət çəkir:
 

 

"Belə ki, R.Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb, bəzi suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib. Misal üçün, müsahibə zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu. Belə ki, "Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin "humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.

"Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, – o deyib”.

Politoloq qeyd edib ki, Vardanyan "beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərkən əslində özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu: "Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi. Məsələ ondadır ki, Vardanyan istəsə belə, Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər. Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur”.

Turan Rzayev qeyd edib ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır: "Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir. Prinsip etibarilə, Vardanyanın BBC-nin "Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR