Vəfa Zeynalova və İntiqam Sultan gənclərə master-klass keçdi - FOTOLAR

MƏDƏNİYYƏT
20:30 14.02.2014
4042

Bu gün "İrəli" İctimai Birliyində “Yeni İstedad” layihəsinə start verilib.

Showlife.Az xəbər verir ki, layihənin rəhbəri Kəmalə Quliyeva tədbiri giriş sözüylə açıb.

O bildirib ki, layihənin əsas məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etməkdir. 

Kəmalə Quliyeva deyib ki, layihə 3 mərhələdən ibarət olacaq: "Bizim əsas məqsədimiz istedadlı aktyor və aktrisaları üzə çıxarmaqdır. Düşünürəm ki, "Yeni İstedad" layihəsi Azərbaycan mədəniyyətinə yeni simalar bəxş edəcək. Onu da qeyd edim ki, layihənin birinci mərhələsində gənclər öz aktyorluq bacarıqlarını nümayiş etdirəcəklər, dəyərli jürimiz isə onları qiymətləndiriləcək."

Daha sonra söz əməkdar artist Vəfa Zeynalovaya söz verilib. O gənclərə master-klass keçib. Vəfa Zeynalova həmçinin gənclərə tövsiyyələrini də bildirib: "Mən hər zaman aktyorlar və müəllimlərim tərəfindən dəstək görmüşəm. Təsadüfi deyil ki, birinci kursda oxuyanda iki teatra dəvət almışdım. Biri Akademik Milli Dram Teatrıydı, digəri isə Pantomum teatrıydı. Mən bir müddət Pantomim teatrında işləmişəm. Bu mənim üçün çox böyük baza, məktəb və təcrübə oldu. Orada həm oxuyurdum, həm də aktrisalıq edirdim. Təbii ki, ailəm mənə hər zaman dəstək olub, hər işimdə, hər uğurumuda yanımda olub. Bu gündə belə davam edir. Sizə də məsləhətim odur ki, sevdiyiniz işlə məşğul olun, heç vaxt ruhdan düşməyin"

Bakı Uşaq Teatrının rəhbəri İntiqam Sultan da öz növbəsində gənclərə məsləhətlər verib: "Düşünürəm ki, bu tip layihələr gənclərimizin inkişafında çox vacibdir. Yaradıcı insanlara belə şərait yaradanlara təşəkkür edirəm. Gənclərə də məsləhətim budur ki, öz üzərlərində daha çox işləsinlər, onlara verilən bu imkandan maksimum istifadə etsinlər".

Qeyd edək ki, "Yeni İstedad" layihəsi"Osmanlı Film", "Azərbaycanfilm", "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti, "İRƏLİ" İctimai Birliyi, 19 qrup, 28 Cinema və "İlkmedia"nın birgə təşkilatçılığı ilə həyata keçirilir.
Fərid XıdırlıFotolar: Hüseyn Mehdiyev

OXŞAR XƏBƏRLƏR