Velosipedçilər soyunub şəhərə çıxdılar - VİDEO

Velosipedçilər soyunub şəhərə çıxdılar - VİDEO
MARAQLI
19:00 10.06.2013
1835
Meksikanın paytaxtı Mexiko şəhərində “Dünya velosipedlə çılpaq gəzinti günü”ndə yüzlərlə velosipedçi yarıçılpaq şəkildə küçələrdə velosiped sürüblər. Yarışmanın məqsədi avtomobil mədəniyyətinə qarşı etiraz etmək və velosipedçilər üçün daha çox hüquqlar qazanmaq olub. Cəsarətli velosipedçilər yolda sürücülərdən daha çox hörmət və həmçinin ekoloji və sağlamlıq problemləri haqqında məlumatlandırılmanın güclənməsini tələb ediblər. Velosipedçilərin hamısı çılpaq deyildi. Onların dediyinə görə bədənlərini göstərmələri sürücülərə insan bədəninin necə həssas və kövrək olduğunu göstərmək üçün bir yol idi.Qeyd edək ki, Dünya Velosipedlə Çılpaq Gəzinti günü 12 iyun 2004-cü ildə Kanadanın Vankuver şəhərində başlayıb və o vaxtdan hər il dünyanın 29 şəhərində keçirilir.Turxan
OXŞAR XƏBƏRLƏR