Venesuela ABŞ-dən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün uçuşları bərpa edəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela höküməti açıqlama verib.
Açıqlamada bildirilib ki, dünən ABŞ-nin xüsusi nümayəndəsi Riçard Qrenell ilə keçirilən görüşlərdə "ABŞ-də olan Venesuela vətəndaşlarının öz ölkələrinə qaytarılması” ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Venesuela ABŞ-nin fevralın 22-də deportasiya etdiyi immiqrantlardan 177-ni, fevralın 25-də isə 242-ni geri qaytarıb.
Oksana