Venesuela ABŞ-dəki vətəndaşları üçün uçuşları bərpa edir

Venesuela ABŞ-dəki vətəndaşları üçün uçuşları bərpa edir
DÜNYA
12:01 14.03.2025
369
Venesuela ABŞ-dən deportasiya edilən vətəndaşlarını geri qaytarmaq üçün uçuşları bərpa edəcəyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela höküməti açıqlama verib.
 
Açıqlamada bildirilib ki, dünən ABŞ-nin xüsusi nümayəndəsi Riçard Qrenell ilə keçirilən görüşlərdə "ABŞ-də olan Venesuela vətəndaşlarının öz ölkələrinə qaytarılması” ilə bağlı razılıq əldə olunub.
 
Qeyd edək ki, Venesuela ABŞ-nin  fevralın 22-də deportasiya etdiyi immiqrantlardan 177-ni, fevralın 25-də isə 242-ni geri qaytarıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR