Venesuela prezidenti ölkəni tərk edənlərə səsləndi: Geri qayıdın

Venesuela prezidenti ölkəni tərk edənlərə səsləndi: Geri qayıdın
DÜNYA
12:18 29.02.2024
108
Venesuela Prezidenti Nikolas Maduro ölkəni tərk edən vətəndaşlara müraciət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Maduro xaricə mühacirət edənlərin geri qayıtmalarını istəyib. O, hərtərəfli sosial proqram hazırladıqlarını bildirib.

Maduro dövlət televiziyasına verdiyi açıqlamada xaricdəki venesuelalı mühacirləri qorumaq və onlara kömək etmək üçün xüsusi layihə üzərində çalışdıqlarını bildirib.

ABŞ-nin ölkəsinə qarşı davam edən sanksiyalarını xatırladan Maduro bütün iqtisadi embarqoların qaldırıldığı təqdirdə venesuelalıların ən gec bir il ərzində vətənlərinə qayıda biləcəyinə inandığını bildirib.

O, müraciətində deyib:

"Mühacirlər öz torpaqlarına qayıtmalıdırlar, ölkənin onlara ehtiyacı var. Vətənə qayıdan bacı-qardaşlarımız üçün hərtərəfli sosial proqramlar hazırlayırıq”.

Ayşən
OXŞAR XƏBƏRLƏR