Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək
İQTİSADİYYAT
15:33 01.05.2020
1144
Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
 
///APA
OXŞAR XƏBƏRLƏR