Vergilər Nazirliyi vakansiya elan etdi

Vergilər Nazirliyi vakansiya elan etdi
SOSİAL
12:03 29.12.2016
2512
Vergilər Nazirliyi işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsini elan edib.
 
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər.
 
"Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
 - üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.
 
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
 
Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.01.2017-ci il tarixdən 18.01.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə iş nömrəsi verilir. Namizəd sənədləri qəbul edildikdən beş gün ərzində verilmiş iş nömrəsi əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər. Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Sənədləri qəbul edilən namizədlər 25.01.2017-ci il tarixdən 27.01.2017-ci il tarixdə saat 18:00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 28.01.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir. Müsabiqədə uğur qazanan vətəndaşlara ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcəkdir.
 
Göstərilən təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
18:37 25.04.2025
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq