Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov vəzifəsindən azad edilib.
S.Həsənov sərəncama göndərilib.