Övladı öldürülən ana fəryad etdi: “Qızım ac-susuz işgəncə ilə öldürüldü”

Övladı öldürülən ana fəryad etdi: “Qızım ac-susuz işgəncə ilə öldürüldü”
DÜNYA
13:51 04.03.2024
237
Türkiyənin Adana bölgəsində öldürüldükdən sonra su quyusuna basdırılan gənc qızın anası qızının 5 nəfər tərəfindən işgəncələrə məruz qalaraq öldürüldüyünü iddia edib.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ana göz yaşları içində bildirib ki, qızını öldürən iki nəfər hələ də tutulmayıb. 

Hadisə fevralın 14-də axşam saatlarında baş verib. 

İddiaya görə, İpek Akgül (18 yaş) portağal tarlasında mübahisə etdiyi şəxs tərəfindən başından silahla vurularaq öldürülüb. 

Daha sonra şübhəli gənc qızı tarladakı su quyusunda basdırıb.  

Gənc qızı öldürən qatil polis çağıraraq təslim olub. 

Şübhəli daha sonra polislərə gənc qızı basdırdığı yeri göstərib və qızın cəsədi quyudan çıxarılıb.  

Yarılmadan sonra gənc qızın nəşi torpağa tapşırılıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR