Volodimir Zelenski: Prezidentlik müddətim hələ başa çatmayıb

Volodimir Zelenski: Prezidentlik müddətim hələ başa çatmayıb
DÜNYA
18:11 21.05.2024
144
Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı kimi səlahiyyət müddətinin hələ başa çatmadığını düşünür.

Bunu o, "Reuters”ə müsahibəsində deyib.

"Beş ilim (prezident kimi) hələ bitməyib. Bu, hərbi vəziyyətə görə davam edir”, - V.Zelenski vurğulayıb.

O, fəaliyyətini qiymətləndirə bilməyəcəyini bildirib: "Çünki bunun mənim tərəfimdən qiymətləndirilməsi etik deyil”.
 
///Report
OXŞAR XƏBƏRLƏR