Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı kimi səlahiyyət müddətinin hələ başa çatmadığını düşünür.
Bunu o, "Reuters”ə müsahibəsində deyib.
"Beş ilim (prezident kimi) hələ bitməyib. Bu, hərbi vəziyyətə görə davam edir”, - V.Zelenski vurğulayıb.
O, fəaliyyətini qiymətləndirə bilməyəcəyini bildirib: "Çünki bunun mənim tərəfimdən qiymətləndirilməsi etik deyil”.
///Report