Vulkan püskürdü, həyəcan təbili çalındı

Vulkan püskürdü, həyəcan təbili çalındı
DÜNYA
15:36 10.01.2024
189
İndoneziyada Levotobi Laki-Laki vulkanı püskürüb.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, vulkanın püskürməsindən sonra ən yüksək həyəcan səviyyəsinə çatılıb.

Məlumata görə, vulkanının yüzlərlə metr hündürlüyündə kül və lava püskürtməsindən sonra həyəcan təbili çalınıb.
 
Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib.
 
Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər.

Mikayıl
OXŞAR XƏBƏRLƏR