"WhatsApp"dan yenilik: Söhbət rəngləri indi dəyişdirilə bilər

MARAQLI
12:33 27.05.2024
247
"WhatsApp”ın klassik yaşıl rəngini bəyənməyən istifadəçilərə şad xəbər var. 

AZXEBER.COM xəbər verir ki, "WhatsApp” söhbət rəngini dəyişdirmək imkanı təklif edən yeni tema funksiyasını sınaqdan keçirir.

Yeni funksiya istifadəçilərə şəxsi seçimlərinə uyğun olaraq standart söhbət mövzusunu seçmək imkanı verir. 

Bu fərdiləşdirmə hazırda iOS istifadəçiləri üçün "WhatsApp” beta versiya 24.11.10.70-də mövcuddur.

"WABetaInfo” tərəfindən paylaşılan ekran görüntüsünə görə, istifadəçilər beş fərqli rəngdən birini və söhbət qabarcıqları üçün divar kağızı seçə biləcəklər. Seçilmiş mövzu yalnız istifadəçiyə görünəcək və digər istifadəçilərin səhifəsində heç bir dəyişikliyə səbəb olmayacaq.

Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR