WUF13-ün əcnəbi iştirakçıları vizanı pulsuz ala biləcək

WUF13-ün əcnəbi iştirakçıları vizanı pulsuz ala biləcək
SOSİAL
14:18 19.02.2026
256
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının əcnəbi iştirakçıları vizanı sadələşdirilmiş şəkildə ala biləcək.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini və WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva WUF13-a həsr olunmuş onlayn regional media brifinqdə bildirib.

Onun sözlərinə görə, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək WUF13-un əcnəbi iştirakçıları vizanı pulsuz şəkildə ala biləcək.
OXŞAR XƏBƏRLƏR