X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib - FOTOLAR

X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib  - FOTOLAR
MƏDƏNİYYƏT
17:45 30.09.2024
929
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. 

AZXEBER.COM xəbər verir ki, sentyabrın 30-da sərgi ilə bağlı mətbuat konfransı təşkil olunub. Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi müəyyən edilmiş indekslər üzrə regionun ən böyük kitab festivalıdır. 

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli vurğulayıb ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. 

Qeyd olundu ki, son üç ildə 5 gün keçirilən kitab bayramı bu il 7 gün davam edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir. 

Diqqətə çatdırıldı ki, sərgidə dünya şöhrətli irland yazar Con Boyn və alman yazar Vulf Dorn "fəxri qonaq” qismində iştirak edəcəklər. Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitabın müəllifidir. İrland yazar ilə görüş oktyabrın 3-də saat 11:00-da sərgi məkanın "Füzuli” təqdimat zonasında olacaq. 
Vulf Dorn isə Almaniyanın psixoloji triller janrında ən populyar yazıçılarından hesab olunur. Debüt əsəri olan "Psixiatr” ona böyük şöhrət qazandırıb. 
Sərginin Almaniyadan daha bir yazar qonağı Fəriba Vəfi olacaq. Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olan yazıçı Almaniyanın nüfuzlu "LiBeraturpries” ədəbi mükafatına layiq görülüb.

Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu beynəlxalq sərgilərin yazarlar üçün əhəmiyyətindən danışıb, Bakı Beynəlxalq Kitab Sərgisinin bu mənadan diqqətəlayiq platforma olduğunu deyib.

"Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitab oxuma mədəniyyətindən söz açıb, ölkəmizdə kitab sənayesinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, "Qanun” nəşriyyatı sərgidə endirimli qiymətlərləoxuculara təqdim edəcək. 

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun "Elmlər Akademiyası”, "28 May” və "Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq