"Xəmsə" bəyənat yaydı: "Heç kim Azərbaycanın bütövlüyünü şübhə altına ala bilməz"

İDMAN
11:33 07.05.2011
1968

"Nəhayət ki, NBC Azərbaycan kubokunun finalçıları məlum oldu. Bunlar "Bakı"- nı geridə qoyan "Xəzər- Lənkəran" və "AZAL"-dan güclü olan "İnter" oldu. Hər iki klubu finala vəsiqə qazanmaları münasibəti ilə təbrik edirik. Lakin mövzuya yalnız təbrik etmək üçün toxunmamışıq. Beləki, son dövrlər, kimlərsə məhz onların milli azlıq olduqlarına görə haqqsızlıqla üzləşdiyini bildirir (azarkeşlər nəzərdə tutulur - red.). Kimlərsə isə digərlərinin milli hisslərinə toxunur və başqa oxşar xoşagəlməz addımlar atır. Öz növbəmizdə "Gəncə" fan klubları olaraq, bu cür addımlara kəskin etirazımızı bildiririk! Və Azərbaycanın bütövlüyünə zərrə qədər ziyan verəcək hər bir şəxsə lazımi formada cavab verə biləcəyimizi bildiririk.

Həmçinin qeyd ediriki ki, bu torpaqların müstəqilliyi, azadlığı uğrunda kimlərsə öz canından keçəndə nə "Neftçi", nə "Xəzər", nə "Bakı", nə "Gəncə" nə də digər bir klub olmayıb. Heç bu torpaqda futbol anlayışı olmayıb həmin dövrlərdə. Bütün fan klubları bu cür hərəkətlərin qarşısını qətiyyətlə almağa, Ölkə futbol qurumlarını isə daha diqqətli olmağa və belə hadisələrin baş verdiyi halda daha kəskin addımlar atmağa çağırırıq".

OXŞAR XƏBƏRLƏR