Xəzər TV “Çocuklar duymasın”ın cavabını verdi

Xəzər TV “Çocuklar duymasın”ın cavabını verdi
MARAQLI
18:35 01.03.2011
2379
Televiziyanın Proqramlar Departamentinin redaktoru, eyni zamanda “Aramızda qalsın” serialında Kənan rolunun ifaçısı Ramal Hüseynov açıqlamasında bildirib ki, “Aramızda qalsın” serialının Türkiyənin “Çocuklar duymasın”la heç bir əlaqəsi yoxdur: “Biz hesab edirik ki, iki serial arasında ilk baxışdan oxşarlıq olsa da, istər ssenari, istər hadisələr baxımından tam fərqlidirlər. Birol Güvəndən, eləcə də “Çocuklar duymasın”ın istehsalçılarından bizə nə rəsmi, nə də qeyri-rəsmi bir müraciət daxil olub. Belə hal baş verərsə, “Xəzər” televiziyasının rəhbərliyi də lazımi addım atacaq”.
Televiziya rəsmisi qeyd edib ki, bu cür layihələr yalnız Türkiyədə deyil. “Çocuklar duymasın”ın Türkiyəyə deyil, Böyük Britaniyaya məxsus olduğunu deyən R. Hüseynov, Türkiyənin bu serialı ölkəyə uyğunlaşdırıb istehsal etdiyini vurğulayıb: “Türkiyədə bu serialı ailə dəyərlərinə, ənənələrinə uyğunlaşdırıblar. “Star” televiziyasında yayımlanan “Küçük sırlar” serialı isə Amerikadan götürülüb. Axı “Çocuklar duymasın” layihəsi Türkiyənin layihəsi deyil ki, biz onlara xəbərdarlıq edək, icazə alaq. Türkiyə bəyəm Böyük Britaniyadan icazə alıb çəkib bu serialı? Bunu Rusiya da edib, Türkiyə Rusiyanı məhkəməyə verdi? Öncə bunları dəqiqləşdirmək lazımdır”.
O, televiziya serialının ərsəyə gəlməsinə böyük zəhmət çəkildiyini deyib: “Qaldı Birol Güvənin iddiasına, serialın yayımının dayandırılmasından söhbət belə gedə bilməz və “Aramızda qalsın”ın nümayişi davam edəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
17:16 28.07.2025
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ