Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir

Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir
HADİSƏ
20:04 01.07.2025
268
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR