Xaçmaz rayon sakininin qadınları Qubada fahişəliyə cəlb etməsi müəyyən edilib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Sevil Abdulrəhimova saxlanılıb.
Onun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.