Xalq artisti Nuriyyə Əhmədovanın oğlu vəfat edib.Aktrisanın rəfiqəsi Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumatına görə, 37 yaşlı Əli səhərə yaxın keçinib. İslamzadə Əli Xanlar oğlu bu gün saat 14:00-da Mərdəkanda torpağa tapşırılacaq.Mərhum yarım ildir ağciyər və ürək çatışmamazlığından əziyyət çəkirdi. Avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən Sabunçu rayon 3 saylı Kliniki Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi. Əlinin xəstəliyi o həddə çatmışdı ki, gəzə bilmirdi. Orada bir neçə gün qaldıqdan sonra həkimlər ağır xəstəni evə buraxmışdı.