Xalq artisti avtobus dayanacağında dünyasını dəyişdi - FOTOLAR

MƏDƏNİYYƏT
11:08 18.09.2014
19085
Dünən Bakıda avtobus dayanacağında dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, bu, 1948-ci il təvəllüdlü Bakı şəhər sakini Eldar Axundov olub.
Qeyd edək ki, E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və 
Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi.

OXŞAR XƏBƏRLƏR