Xalq artisti Faiq Ağayev 'Canlı hesabat' verdi

Xalq artisti Faiq Ağayev
MAQAZİN
16:00 07.01.2013
1735
2012-ci ili "VİDA" adlı 4 günlük solo-konsertlə yola salan Azərbaycanın xalq artisti Faiq Ağayev sevənlərinə açıq məktub ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə,estrada müğənnisi 100%F.A imzası ilə yazdığı məktubu "Canlı hesabat" başlığı ilə nin "Facebook" səhifəsində paylaşıb.Açıq məktubu olduğu kimi təqdim edirik:"Əziz, dəyərli dinləyici və tamaşaçılarım! Dostlar!Adətən, ilin sonunda müəyyən yekunlar vurulur, gələcəyə planlar cızılır. Hər bir insan özü-özünə, ictimai xadim isə həm də cəmiyyət qarşısında gördüyü işlər barədə bir növ hesabat verir.2012-nin son günləri (bəlkə də tək günləri deyil, demək olar ki, son ayları) o qədər gərgin iş rejimində keçdi ki, yalnız 2013-ün ilk günlərində fürsət tapıb, ötən ili, yaradıcılığımdakı fəaliyyəti nəzərdən keçirdib, olanları qiymətləndirə bildim.2012 mənim üçün, heç şübhəsiz ki, 5 illik fasilədən sonra ölkənin mərkəzi konsert salonu – Heydər Əliyev Sarayının səhnəsində verdiyim 4 günlük anşlaqlı “F.A VIDA” adlı solo-konsertim ilə səciyyələndi. 25 illik səhnə fəaliyyətimin “Ən məsuliyyətli addım”ı adlandırdığım və çağdaş estrada tariximizə parlaq səhifə kimi yazılacaq bu layihə, yaradıcılığımın növbəti zirvəsi hesab oluna bilər. Nə xoş, nə şərəf mənə!Konsertdən sonra mənə gələn təbriklərdən birində yer alan:“... Faiq bəy, təbrik edirəm! Siz növbəti rekorda imza atdınız. Sizə qədər heç bir müğənninin etmədiyini etdiniz, 4 günlük tam anşlaq ilə konsert keçirdiniz!...” - fikri doğrusu bir qədər təəccüblə qarşıladım...Təbrik edən şəxsə təşəkkür edib, daha əvvəl 2007-ci ildə “F.AetirA.F” adlı 5 günlük solo-konsert keçirtdiyimi xatırlatdım. Lakin, aldığım: “... o dövr başqa idi...” cavabı məni bu barədə dərindən düşünməyə sövq etdi.Həqiqətən də, diqqət etsək, görərik ki, 90-ci illərin sonu, 2000-lərin əvvəlində bir çox müğənni və xanəndələrimiz konsert verib, ölkənin əsas konsert salonunda çıxış edirdi, minnətdar tamaşaçı da həvəs ilə konsert salonuna axın edirdi. Lakin, getdikcə tamaşaçı - daha tələbkar, müğənnilərimiz isə - daha ehtiyatlı və, bəlkə də, daha cəsarətsiz oldu.Nəticədə, bu gün (nadir istisnalar olmaqla) demək olar ki, hər hansı bir müğənninin hətta 1 günlük solo konserti hadisə halına çevrilib. Və bu prizmadan yanaşsaq, 2012-də verdiyim 4 günlük silsilə konsertlər, bəlkə də 2007-də keçirilən 5 günlük konsertdən daha üstün sayıla bilər.Bəli, sizdən gələn müsbət, pozitiv enerji, doğmalıq, hərarət, dəstək, alqış və etina məni bu böyük uğura müvəffəq elədi! Səhnə həyatımın növbəti şanlı səhifəsinə imza atdım.Əslində, 5 illik konsert fasiləsindən sonra, 2012-ci ilin 27-30 dekabr tarixlərində mən bütünlükdə 25 illik səhnə fəaliyyətimə görə qarşınızda hesabat verirdim. 4 günlük, anlşlaqlı, canlı hesabat.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı