Xalq artisti gileyləndi: 'Çox diqqətsizlik gördüm'

MƏDƏNİYYƏT
19:18 04.02.2013
1558
Bir müddətdir ki, səhhətində problemlərin olduğu söylənilən xalq artisti Yalçın Rzazadədən xəbər var. Bir aya yaxındır ki, yataq xəstəsi olub, haldan-hala düşən Azərbaycanın xalq artisti Yalçın Rzazadə nəhayət ki, özündə qüvvət tapıb keçirdiyi əzablı günlərindən danışıb: “Kürəklərimdə bərk ağrılar var idi, mən heç vaxt belə bir şey görməmişdim. Sonra qan təzyiqim çox yüksək dərəcədə qalxdı, o zaman da yüksək təzyiq ürəyə vurur. İynələr vurdular, o ağrını götürdülər. Ondan sonra ürək fəaliyyətimi bir az möhkəmləndirdilər. Əsasən, özüm-özümü müalicə elədim”.Yalçın müəllimi pis günündə, çətin anlarında tək qoyanlar çox oldu. Heç bir sənət dostu bu ağır günündə xalq artistini yada belə salmadı. Sənətkarımızın xəstə yatağında gözü yollarda qaldı. Xalq artisti bu layeqdsizliyə baxmayaraq, özündə güc tapıb ayağa qalxa bildi: “Çox diqqətsizlik gördüm. Elə-belə mənə zəng edib, halımı soruşsaydılar, yalandan da olsa, “nəsə lazımdır” deyə maraqlansaydılar, o yenə də böyük bir sənətkar üçün köməkdir. Bəlkə də sənətkara maddi kömək lazımdır. Belə etinasızlıqlar insanı, sənətkarı sındırır”.

OXŞAR XƏBƏRLƏR