Xalq artisti Röya “Aldatma”nı akustik janrda təqdim etdi - VİDEO

Xalq artisti Röya “Aldatma”nı akustik janrda təqdim etdi - VİDEO
MAQAZİN
13:50 23.01.2026
380
Xalq artisti Röya Ayxan 2026-cı ilin ilk akustik layihəsini dinləyicilərə təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki. sənətçi illər əvvəl sevilərək dinlənilən "Aldatma” mahnısını bu dəfə akustik janrda, Türkiyədə yerləşən səsyazma studiyasında canlı orkestrin müşayiəti ilə ifa edib.

Musiqi rəhbəri Sezgin Tellaloğlu olan orkestrin müşayiəti ilə ərsəyə gələn layihə sadəliyi və emosional dərinliyi ilə seçilir. Mahnının söz və musiqisi Lalə Məmmədovaya aiddir.

Akustik video Kemal Başbuğun rejissorluğu ilə çəkilib, operator işi isə Sezgin Denkçiyə məxsusdur.

Aysel 


OXŞAR XƏBƏRLƏR