Xalq artisti yeriyə bilmir

Xalq artisti yeriyə bilmir
MƏDƏNİYYƏT
18:32 03.10.2014
2160
“Habil Əliyev xəstələnəndən sonra evdən bayıra çıxmır”.
AZXEBER.COM xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı bildirib. Onun sözlərinə görə, Habil Əliyevin müalicəsi hələ də davam edir:
“Habil müəllim belində ağrılar var. Yaxşı yeriyə bilmir, ona görə də bütün günü evdə olur. Tədbirlərə dəvət edirlər, amma getmək imkanı yoxdur”.
Həyat yoldaşı onu da vurğulayıb ki, Habil Əliyevi dostlar bir an olsun, tək buraxmır:
“Yanına gəlirlər, gəlməyənlər də telefonla halını soruşur”.
Qeyd edək ki, Habil Əliyevin bir müddət bundan öncə vəziyyəti ağırlaşaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR