Xames "Atletiko Madrid"ə keçə bilər

Xames "Atletiko Madrid"ə keçə bilər
İDMAN
16:15 14.07.2019
5686
"Real Madrid"in yarımmüdafiəçisi Xames Rodriqes karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, "Atletiko Madrid" bu transferi həyata keçirməyə yaxındır. Kolumbiyalı yarımmüdafiəçi Zinəddin Zidanın planlarına daxil deyil. Paytaxt klubu yay transfer pəncərəsi bağlanana qədər Xamesi satmağı planlaşdırır.

Qeyd edək ki, 28 yaşlı futbolçunu "Napoli" də transfer etmək istəyirdi. Lakin kolumbiyalı Madriddə qalmağı daha üstün tutub.
OXŞAR XƏBƏRLƏR