Xanım Qafarova can verir

MƏDƏNİYYƏT
11:13 11.07.2014
10552
11:25
“Həkimlər son qərarını verdi”.
Uzun zamandır ki, xəstə yatan əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb.
AZXEBER.COM-un məlumatına görə, Xanım Qafarovanın bacısı Rübabə Publika.az-a bildirdi ki, artıq hər şey bitib, aktrisa həyatla vidalaşır:
“Onu həyata qaytarmaq mümkün olmadı. Həkimlər son qərarını verdi. İsrailə getmək də qismət olmadı. Başına yığışmışıq, son dəqiqələrini yaşayır”.
11:13
Xanım Qafarova sağdır
Mətbuatda bir neçə saat əvvəl Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb.
AzNews.az yayılan xəbərlə bağlı aktrisanın ailəsi ilə əlaqə saxlayıb.
Əməkdar artistin anası Gövhər xanım əməkdaşımıza bildirib ki, qızıyla bağlı yayılan ölüm xəbəri yalandır: “Vəziyyəti çox ağırdır”.

OXŞAR XƏBƏRLƏR