Xanım Qafarovanın vəsiyyəti bəlli oldu

MƏDƏNİYYƏT
13:51 25.07.2014
4826
Mərhum aktrisa, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın bacısı oğlu onun vəsiyyətindən danışıb.AZXEBER.COM-un məlumatına görə, lent.az-a açıqlama verən mərhumun bacısı oğlu deyib ki, xalasının vəsiyyəti qızı ilə bağlı olub:“Xalam öləndə vəsiyyət etdi ki, qızı bizimlə qalsın. Xanım xalam dünyasını dəyişən günü uşaq atası ilə getdi. Çünki istəmədik ki, o, anasının ölümünü görsün. Hazırda Gövhər anasının qaldığı şəraitsiz evdə yaşayır. Böyük ehtimalla o, atası ilə yox, elə daim bizimlə qalacaq. Münasibətləri normaldır. Həftə sonları atası ilə görüşür. Gövhər anasının ölümündən xəbərsizdir. Tez-tez soruşur: “anam haradadır? ”, “anam gəlmir?”. Biz də ölümünü gizlədirik. Deyirik ki, İsrailə müalicəyə gedib. Qayıdacaq”.Mərhumun bacısı oğlu onu da əlavə edib ki, avqustun 19 da mərhum aktrisanın 40 mərasimi olacaq.

OXŞAR XƏBƏRLƏR