"Xəbər aparıcıları arasında bunu ilk mən etdim" - VİDEO
MAQAZİN
16:45 16.02.2016
7262
ATV-nin tanınmış siması Samirə Mustafayeva Azərbaycanda xəbər aparıcıları arasında bir ilkə imza atdığını deyib.AZXEBER.COM-un məlumatına görə, o, “ATV maqazin onlarla” verilişinə açıqlamasında imic dəyişikliyindən danışıb: “Xəbər aparıcıları arasında saçlarını qısa kəsdirənlər var idi. Amma Azərbaycanda bunu ilk dəfə mən etdim. Bu obrazı Hülya Avşarda görüb bəyənmişdim. Qısa saçda, ciddi geyimdə gözəl görünürdü. Xasiyyətimə uyğun bir tərz idi. Mənə uğur da gətirdi. Salonlara şəklimi aparıb göstərirdilər ki, saçımızı belə kəsin”.