"Xəstələri pulsuz müalicə edirik" deyən "Semaşko"nun baş həkimini sosial şəbəkədə "yıxıb-sürüdülər"

"Xəstələri pulsuz müalicə edirik" deyən "Semaşko"nun baş həkimini sosial şəbəkədə "yıxıb-sürüdülər"
SOSİAL
15:13 20.02.2017
38973
"Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik". Bu sözləri Report-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov deyib.
 
AZXEBER.COM-un məlumatına görə. baş həkimin bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə fəalları Ədalət Dadaşovu kəskin tənqid ediblər.
 
Bu məsələylə bağlı bəzi statusları təqdim edirik:
 
Elməddin Muradı:  "Semaşko" xəstəxanasının baş həkimi açıqlama verib ki, xəstələri pulsuz müalicə edirik, camaaatı gülmək tutub, 22 nəfərin gülməkdən qarnı cırılıb, 18 nəfərin gözündən yaş gəlib, 3 nəfəri asqırmaq tutub, 87 nəfər sacını-başını yolub, 3 nəfər bir-birinin qulağını dişləyib, bir nəfər isə avtobusdan düşəndə sürücünün papağını götürərək naməlum istiqamətdə qacıb... Görün, səhiyyə sistemi nə günə düşübsə qanunla xəstəni pulsuz müalicə etməli olan xəstəxananın baş həkiminin dediyinə hec kim inanmır. Hamını gülmək tutur, hətta, gülməkdən qarnı cırılıb "Semaşko" xəstəxanasına düşən, baş həkimə pul verənlər də olub. Şəxsən məni gülmək necə tutdusa saqqız ağzımdan ucub gedib dəydi kecəl kişinin başına, o da gəldi məni vurdu, məndən soruşdu, niyə güıürsən? Mən də dedim, baş həkimin sözünə gülürəm. İndi o kecəl kişi də qoşulub mənə, 2 saat 17 dəqiqədir gülürük metroda. Gedirik üzü küləyə....
 
Zeynəb Əlizadə: "Semaşko”nun baş həkimi deyib ki, rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Düz deyir "rəsmi şəkildə" yoxdur.
 
Mahir Məmmədli: O zaman mən də Yuri Qaqarinəm
 
Kamal Nəsirli: 5 gün orda yatdım 800 AZN-ə yaxın pulum çıxdı, baş həkimə 400 manat çatdı. Haram pullar qazanırsan, heç olmasa saytlara müsahibə vermə.
 
Lalə Qurbanova: Gəlin belə danışaq da. Burda şərh yazmaq rahatdı. Sabahdan müalicəyə ehtiyac olmasa da kimin nə qədər qohum qardaşı var hamımız gedək müayinəyə . pul da verməyək . onda görək nə olur
 
Elşən Hacıyev: "Semaşko"da işləyən həkimlər dünyanın ən yaxşı dilənçiləridi, heç Çıqanlar onlar kimi dilənə bilmir. Semaşko əsil məktəbdi, dilənmək üzrə məktəb.
 
İlham Quliyev: Günün ən yaxşı zarafatını "Semaşko"nun baş həkimi edib.
 
İlham Tumas: 
"Xəstələri pulsuz müalicə edirik..." Füzuli qadasın aldığım necə deyib ee... )))
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq