Hesablama Palatası Respublika Neyrocərrahiyyə Xəstəxanası, Mingəçevir və Lənkəran şəhərlərinin, həmçinin Göygöl və Quba rayon mərkəzi xəstəxanalarını və onların nəzarətində olan tibb müəssisələrində yoxlamalar nəticəsində nöqsanlar aşkarlayıb. Əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında uyğunsuzluqlar müəyyən olunub.
Bu barədə Hesablama Palatasının 2015-ci ül üzrə hesabatında bildirilib. Nəzarət tədbirləri ilə yerli xərclərdən maliyyələşən səhiyyə obyektləri tərəfindən alınan bəzi dərman preparatlarının qiymətlərinin Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzi tərəfindən alınmış eyni ölkə istehsalı olan dərmanların qiymətlərindən bir sıra hallarda baha olduğu müəyyən olunub. Səhiyyə obyektlərində ərzaqla bağlı vəsaitlərin istifadəsində bir sıra nöqsanlar aşkarlanıb.
Ərzaq xərclərinin icrası prosesində yol verilmiş digər nöqsan qida menyusuna aid olmayan qida növlərinin alınması ilə bağlıdır. Nəzarət tədbirlərinin nəticəsində səhiyyə obyektlərində bir çarpayı gününə düşən vəsaitin məbləğində nəzərəçarpacaq fərqlərin mövcud olduğu müəyyən edilib. Bir çarpayı gününə düşən dərman xərclərinin nəzarət obyektləri üzrə məbləğinin 0,7 manatdan 2,4 manatadək, ərzaq xərclərinin isə 1,3 manatdan 5,4 manatadək dəyişdiyini göstərir.
Dərman xərcləri üzrə ən yüksək göstərici Lənkərən Mərkəzi Rayon Xəstəxanasına, ərzaq xərclərinə görə isə ən yüksək göstərici Quba Mərkəzi Rayon Xəstəxanasına aid olunub. Bəzi səhiyyə müəsssiələrində şəkərli diabet xəstələri üzrə dərman xərclərinin azaldığı, bəzi müəssisələrdə isə artım və azalmanın xəstə sayına müvafiq olmadığı müəyyən olunub.
Mingəçevir şəhər xəstəxanası tərəfindən 47,6 min manat məbləğində vəsait dövlət büdcəsinə və çatışmayan 3,7 min manat dəyərində tibb avadanlıqlığının natura qaydasında bərpa olunub.
Artıq saxlanmış 3 ştat vahidi ləğv olunub, 2 mühasib işdən azad edilib, 2 müsahibə şiddətli töhmət verilib və baş mühasibə xəbərdarlıq elan olunub. Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən 28,1 min manatdövlət büdcəsinə bərpa eidlib, baş mühasibə, kadrlar üzrə mütəxəssisə, sahə rəisinə və 3 əməkdaşa xəbərdarlıq elan edilib. Göygöl rayon xəstəxanası tərəfindən 7,3 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, baş mühasibə, 2 mühasibə, iqtisadı və 2 əməkdaşa şiddətli töhmət verilib.
Quba Rayon mərkəzi Xəstəxanası tərəfindən 28,4 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, işlərində yol verdikləri nöqsanlara görə 6 nəfər vəzifəli şəxslə bağlı inzibati-tənbeh tədbirləri tətbiq edilib, baş mühasibə, 2 mühasibə, iqtisadı və 2 əməkdaşa töhmət verilib.
Lənkərən Rayon mərkəzi Xəstəxanası tərəfindən 31 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 5 nəfər vəzifəli şəxslə bağlı inzibati tənbeh tədbirləri tətbiq edilib, Təcili Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkiminə və Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib.(modern.az)