"Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur" - "Azərişıq"

"Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur" - "Azərişıq"
SOSİAL
17:03 03.05.2025
374

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Bildirilib ki, Xətai rayonunda "Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: "Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR