Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar
SOSİAL
20:14 19.07.2026
1512
Yay mövsümü başlar-başlamaz hər il qarşılaşdığımız acı mənzərə yenə də təkrarlanır: insanların dənizdə boğulması xəbərləri gündəmi sarsıdır. Belə məqamlarda "üzə bilmirdisə, suda nə işi vardı?", "ehtiyatsızlıq edib" kimi qınaqlarla yanaşı, dənizin təbii xüsusiyyətlərinin dəyişməsi - suyun çəkilməsi, relyefin fərqli olması ilə bağlı fikirlər də səslənir. Son vaxtlar isə bu fikirlərə dənizin təkcə sahilinin deyil, içərisindəki qumların da işbazlar tərəfindən daşınması xəbərləri əlavə olunub.

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünyada hər saat orta hesabla 30-dan çox insan boğularaq həyatını itirir" statistikasında bizim insanların da yer alması böyük məyusluq doğurur.

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Dənizdəki faciələrlə bağlı hazırkı vəziyyət problemin bütün tərəflərinə nəzər salmağı zəruri edir.

"İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar"

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması müəyyən problemlər yaradıb: "İndi dənizdə hansı zona boğulma zonasıdır, demək çətindir. Dəniz elədir ki, istənilən an adam avtomaşınını sürüb başqa yerə gedə, yaşadığı yerdən uzaq, iş yerinə yaxın ərazidə çimə bilər. Xəzər dənizinin elə sahələri vardı ki, 50-100 metr, maksimum qurşağa qədər dərin idi. Həmin yerlərdə çimmək üçün kifayət qədər genişlik vardı və ailələr, uşaqlar üçün qorxulu deyildi. Təəssüf ki, indi bu ərazilər quruyub və ya həddən artıq dayazlaşıb. İnsanlar normal çimmək üçün sahildən uzaqlaşmalı olurlar. Daha dərin sahələrin də başqa problemləri var".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Küləkli havalarda boğulmaqdan qurtulmaq çox çətindir"

Alimin fikrincə, boğulma hallarının baş verməsində havanın küləkli olması da böyük rol oynayır: "Külək dənizdə həddən artıq böyük dalğalar yaradır. Dalğalar beş metr sahilə doğru gəlirsə, ondan bir qədər artıq geri çəkilir. Çox adam məsuliyyətini anlamır və küləkli havada suya girir. Bir neçə dəfə belə hadisələrə rast gəlmişik və adamları güclə boğulmaqdan xilas etmişik. Küləkli havalarda dənizdə boğulmaqdan qurtulmaq çox çətindir. Digər tərəfdən, bəzi adamların heç xəbəri yoxdur ki, ürək-damar sistemlərində problem var: sahildə günəşli havada dayanır, ürək sakitcə işləyir, qəfildən soyuq suya girir və damalarda daralma gedir. Buna "sauna effekti" deyilir. Su soyuq olanda qıcolmalar artır, damarlar daralır. Onda funksional ürək dəyişikliyi baş verir və insanın batma ehtimalı çoxalır. Çünki bədən bu vəziyyətə hazır deyil". Alim bildirir ki, insanların qadağan olunmuş ərazilərdə çimməsi də böyük təhlükələrdəndir: "Qadağan olunmuş ərazilərdə çimmək insanı yüz faiz ölümə sürükləyir. Üzərkən çox dərinə getmək müqavimət hissini, gücü azaldır. Həmçinin dənizin relyefində də dəyişiklik var, 10 metr qabaqda səni nə gözlədiyini bilmirsən". Ə.Əliyev hesab edir ki, bütün çimərliklərdə qadağan olunan ərazilərdə nişanlar tənzimlənməlidir: "Gecə çimməklə bağlı cərimələr olmalıdır. Gecələr yemək yeyib dənizə girənlər adətən içkili adamlar olur. Onların da batmaq ehtimalı daha çoxdur. DİN, FHN və digər aidiyyəti qurumlar bu istiqamətdə nəzarəti gücləndirməlidirlər".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Dəniz amansız deyil, insanlar laqeyddirlər"

"Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin rəhbəri Aynurə Miriyeva baş verən faciələrdə dənizi deyil, insanları qınayır: "Dəniz amansız deyil, insanlar məsuliyyətsiz və laqeyddirlər. Dənizdə batma hallarının böyük faizi içkili halda suya girməklə bağlıdır. Alkoqol insanın qorxu hissini azaldır, özünəinamı süni şəkildə artırır və reaksiyaları gecikdirir. İsti havadan birdən-birə soyuq suya daxil olduqda bədəndə temperatur şoku yaşanır. Belə hallarda təcrübəli üzgüçülərin belə dənizdə boğulduqlarını eşidirik. Səbəb də dənizdə olan özül axıntıdır. Dalğaların sahilə gətirdiyi su sürətlə geri çəkəndə buna heç bir insan gücü dayana bilmir".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Ekoloq bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sualtı relyefi də dəyişib: "İndi bir çox yarğanlar, fərqli axınlar yaranıb ki, bunlar da ölüm təhlükəsini çoxaldıb. İcazəsiz zonalarda "üzmək təhlükəlidir!" nişanına biganə yanaşmaq, xəbərdarlıqlara riayət etməmək, tez-tez baş verən hava dəyişiklikləri dənizdə batmaların sayını çoxaldır".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

"Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur"

Dalğıc Füzuli Nəbiyev isə deyir ki, müşahidələrinə görə dənizdə boğulma hallarında üzmək bacarığının olmaması, suya içkili girmək və havanın küləkli olması amilləri böyük rol oynayır: "Dənizdə axıntılar var. Axıntılar xüsusən əks istiqamətə üzməyi bacarmayanları aparır. Bilgəh və Buzovna tərəflərdə axıntılar daha çoxdur. Amma "filan yerdə boğulma riski daha yüksəkdir" demək olmaz. Çünki axıntılar yerlərini dəyişirlər".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

F.Nəbiyev hər il suda boğulma hallarının artmasını həm də peşəkar xilasedicilərin sayının az olması, bu sahəyə təsadüfi adamların yol tapması ilə əlaqələndirir: "Çimərliklərdə nəzarət o qədər də güclü deyil. Xilasedicilərin özləri belə təcrübəli deyillər. Normalda xilsaedicilər dənizi tanımalı, suya girənin hansı istiqamətə üzəcəyini bilməlidirlər. Təəssüf ki, hazırda belə peşəkarlar azdır". F.Nəbiyev insanları məsuliyyətsizlikdə də qınayır: "Heç kəsə yaxınlaşıb "orada üzmə", "o əraziyə getmə" demək olmur. İçkili adama "geri qayıt" deyəndə sənə sərt cavab verir".

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar

Dalğıc hesab edir ki, dənizdə təhlükəli zonalar, küləkli havanın təhlükəsi və s. ilə bağlı insanların məlumatlılığının artmasına ehtiyac var: "İnsanlar təlimatlanmalıdırlar. Bilməlidirlər ki, məsələn, külək varsa, axıntı da var. Bu isə həyat üçün təhlükəlidir. Öz müşahidələrimə və təcrübəmə əsasən deyirəm ki, düzünə üzüb dərinə getmək məcburi deyil. Dərinə üzürsənsə bu, təhlükəlidir. Üzmə və boğulma…"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri