Sabah “Qarabağ” premyerliqanın final mərhələsinin ilk turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək.
AZXEBER.COM-un məlumatına görə, cənublulardan 3 xallıq məsafədə yerləşən “Qarabağ”, qələbə qazanacağı təqdirdə rəqibini turnir cədvəlində üstələməklə yanaşı ümumi hesabda da önə keçəcək.İndiyə kimi 22 dəfə qarşılaşan tərəflərin mübarizəsində hərəyə 9 qələbə var. 23-cü oyunda balansın pozulmaması üçün 5-ci bərabərliyin qeydə alınması lazımdır.
Ozal İbrahimli