"Xəzər Lənkəran” Türkmənistan millisini üstələdi

İDMAN
12:44 23.01.2012
1403

“Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində dünən ilk yoxlama oyununa çıxıb. 

AZXEBER.COM-un məlumatına görə, komandamız “Türkmənistan” yığmasını sınağa çəkib. Oyunun 4-cü dəqiqəsində Branimir Subaşiçə qarşı olan kobudluq nəticəsində penalti qazanıb. Topa yaxınlaşan Andrey Mureşanın dəqiq zərbəsi ilə hesabda onə keçib. 23-cü dəqiqədə isə Katalin Doman gözəl kombinasiyani dəqiq tamamlayaraq ferqi iki topa çatdırıb. İlk hissə bu hesabla bitib.

İkinci hissədə “Türkmənistan” millisi cərimə zərbəsini dəqiq yerinə yetirməklə fərqi minimuma endirib. Oyunun son 15 dəqiqəsində gənc futbolçularımız Fikrət Ulduzlu, Elvin Mirzəyev, Kamran Abdullazadə və Akif Tağıyev də meydanda mubarizə aparıblar. Oyunun sonuna az qalmış komandamızın heyətində baxışda olan Elman Taqayev həmyerlilərini məyus edərək yekun nəticəni müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, "Xəzər Lənkəran" oyuna aşağıdakı start heyəti ilə çıxmışdı: Kamran Ağayev, Eder Bonfim, Elnur Allahverdiyev, Elvin Beqiri, Adrian Pit; Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Antonio Semedo; Branimir Subaşiç.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR