Hər cümə saat 16:00-da ANS telekanalında tibb saatı başlayır. Bir saat ərzində müxtəlif xəstəliklər, səhhət problemləri və eləcə də digər sağlamlıq mövzuları “Sağlam Nəsil” verilişində müzakirə olunur – peşəkar həkimlər və ekspertlər tərəfindən. Verilişin yeni buraxılışı bu cümə, yəni 29 iyun tarixində yayımlanacaq. Bu dəfə tamaşaçılar daha hansı mövzularda bilgilənəcəklər?- Bronxial astma – uşaqların bir çoxunda yaranan və valideynləri təşvişə salan bu xəstəlik axı nədən yaranır və onun tam müalicəsi mövcuddurmu?- Yay bir-birindən dadlı və faydalı meyvə-tərəvəz fəslidir. Belə giləmeyvələrdən biri də qarpızdır. Qarpızın xeyri və onun saxlanma qaydası haqqında əslində bəzi məqamları bilmirik. Qarpızla bağlı süjetimizdə bir çox maraqlı məsələlərə toxunmuşuq.- Zob kimi tanınan “Boğaz uru” xəstəliyinə daha çox kimlərdə rast gəlinir? Xəstəliyin çox ciddi fəsadları və müalicə qaydaları haqqında həkim-endokrinoloqun müsahibəsini təqdim edəcəyik.Bu və digər ciddi səhhət mövzularının müzakirə və həlli yalnız “Sağlam Nəsil” tibbi maarifləndirici proqramında! Cümə günləri, saat 16:00-da ANS TV-də! Sağlamlığının qeydinə qalanlar bu verilişi qaçırmazlar! “Sağlam Nəsil” verilişinin baş sponsorları “Pendik Şifa” Bakı-İstanbul Tibb mərkəzi və Medical Plaza klinikasıdır. Verilişin informasiya dəstəyi AZXEBER.COM-dur.