“Qalmaqallar, süni yollarla gündəmdə qalmaq mənlik deyil. Sənətçi üçün ən böyük hədiyyə ifalarının sevilməsi, dillər əzbəri olmasıdır. Tanrıma minətdaram ki, bu xoşbəxtliyi mənə nəsib edib”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Showlife.az-ın əməkdaşının “Niyə efirlərdə görünmürsünüz? Xumar Qədimovanın adına niyə daha çox köşə yazılarında, təsirli sənhələrdə rast gəlirik?” sualına cavabında belə deyib.
Xumar Qədimova bildirib ki, o, öz sənəti ilə məşğuldur, qalmaqallar onluq deyil: “Çox istərdim ki, jurnalistlər sənətçilərə daha çox sənət fəaliyyəti ilə bağlı suallar versinlər. Bu kimi suallara hər zaman açığam. Amma qalmaqallar, süni yollarla gündəmdə qalmaq mənlik deyil”.