Yaponiya hökuməti: Zəlzələ ölkəyə 312 mlrd. dollar zərər vurub
MARAQLI
08:19 23.03.2011
1745
«APA-ECONOMICS»in məlumatına görə, bu rəqəmləri Yaponiya hökuməti açıqlayıb. Sözügedən məbləğə ölkə infrastrukturuna bilavasitə dəyən zərər daxildir ki, ziyanın həcmi 1995-ci ildə Kobedə baş vermiş zəlzələnin zərərinin həcmini iki dəfə üstələyir.
Qeyd edək ki, martın 11-də Yaponiyada baş vermiş zəlzələ nəticəsində 9 400 nəfər həlak olub, 14,7 min nəfər itkin düşüb. Hazırda təxliyə məntəqələrində 300 minə yaxın insan yaşayır.