Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə çatdı

Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə çatdı
DÜNYA
21:31 16.07.2022
273

Yaponiyada koronavirusa yoluxma sayında gündəlik artım pandemiyanın başlanğıcından bu yana mütləq maksimumu yeniləyib.

Belə ki, ölkədə son sutka ərzində koronavirusa 110 670 yoluxma qeydə alınıb.

Bununla da fevralın 1-də 104 484 yoluxma hadisəsinin qeydə alındığı tarixi maksimum yenilənib.

Yaponiyada pandemiya başlayandan bu yana 10 milyondan çox insan koronavirusa yoluxub, 31,5 minə yaxın insan virus səbəbindən həyatını itirib.
OXŞAR XƏBƏRLƏR