Yaralı İsrail əsgərləri Netanyahu ilə görüşməkdən imtina etdilər

Yaralı İsrail əsgərləri Netanyahu ilə görüşməkdən imtina etdilər
DÜNYA
10:56 28.12.2023
166
Bəzi yaralı İsrail əsgərləri Baş nazir Benyamin Netanyahu ilə görüşməkdən imtina edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin "Kanal 13" televiziyası məlumat yayıb.
 
Belə ki, Netanyahu Qəzza zolağında quru əməliyyatı zamanı yaralanan əsgərlərlə görüşmək üçün Qərbi Qüdsdəki Hadassa xəstəxanasının reabilitasiya şöbəsini ziyarət etməyə gəlib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.

Bildirilib ki, yaralanan 18 İsrail əsgərindən 15-nin Netanyahunun otağına girməsini istəmədiyi ortaya çıxıb:
 
"Mən Likud partiyasının (Netanyahunun rəhbərlik etdiyi) qalası olan Qüdsdəyəm. Dəyişiklik hiss olunur".
 
Digər tərəfdən Hadassah Xəstəxanasından edilən yazılı açıqlamada bəzi əsgərlərin Netanyahu ilə görüşməkdən imtina etdiyi xəbəri yer almayıb.

Açıqlamada Netanyahunun axşam saatlarında xəstəxanaya baş çəkdiyi və yaralıların arasından keçdiyi, yaralıların onu böyük coşqu və hərarətlə qarşıladığı və onlara İsrail dövlətinin tam qələbəyə çatmaq üçün birləşmiş və qətiyyətli olduğunu vurğuladığı bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR