Türkiyəyə yardım göndərən azərbaycanlı şəhid anası danışdı: "Xəbəri aldığım gün..." - VİDEO

Türkiyəyə yardım göndərən azərbaycanlı şəhid anası danışdı: "Xəbəri aldığım gün..." - VİDEO
SOSİAL
12:58 23.02.2023
6454
Xəbər vediyimiz kimi, Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycandan qardaş ölkəyə xeyli sayda yardımlar göndərilib.

Yardımlar arasında diqqəti çəkən İkinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da şəhid olan Elgin Abbaslının fotoşəkilinin olduğu bağlamanın təsadüfən zəlzələdən əziyyət çəkən başqa bir şəhid ailəsinə çatdırılması olub. 

Belə ki, şəhidimizin adından göndərilən bağlama Hakkaridə şəhid olan Cevdet Şişmanın anası Ayşe Şişmana verilib. 

Qutunun üzərindəki şəkli kəsib götürən ana "Bağlamadakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli götürüb Cevdətimin yanına qoydum" deməsi böyük marağa səbəb olub. 
 
AZXEBER.COM Türkiyəyə yardım bağlaması göndərən şəhid Elgin Abbaslının ailəsi ilə görüşüb və təsadüf olan hadisə ilə bağlı fikirlərini öyrənib.
 
Şəhidin anası Sevda Cəfərova Türkiyədə baş verən zəlzələ xəbərini eşitdiyi an sarsıldığını, oğlunun şəhid olduğu günü sanki yenidən yaşadığını qeyd edib: "Fevralın 6-sı, səhər durduq və eşitdik ki, Türkiyədə zəlzələ baş verib, binalar uçub, insanlar və körpələr dağıntı altında qalıb. Bu hadisə mənə balamın faciəli xəbərini aldığım gündə yaşadığım hissləri yaşatdı. İnsanların yatdıqları yerdə zəlzələnin baş verməsi, onların dağıntılar altında qalması mənə çox pis təsir etdi. Özümə yer tapa bilmədim, elə bildim balamın xəbəri çıxan vaxtlardır. Fikirləşdim ki, kaş yaxın olub, biz də orada olardıq. Zəlzələdən əziyyət çəkənlər üçün nə edə biləcəyimi düşünürdüm. Oğlum çox mərhəmətli, hamıya canıyanan idi və onun adından nəsə eləmək istədim. Qərara aldım ki, hamısına olmasa da, orada olan uşaqların bir neçəsinə isti paltar alıb göndərim ki, canları isinsin. Həmin gün Sumqayıta getdim və bir neçə isti geyim - papaqlar, kurtkalar aldım. Geyimin yanında şirniyyat da qoydum ki, bağlamanı açanda yeməli nələrsə görən uşaqlar sevinsin. Sonra xəbər tutdum ki, bağlamam təsadüfən  gedib şəhid anasına çatıb". 
 
Türkiyəli şəhid anasının bağlama və azərbaycanlı şəhid haqda dedikləri haqda təəssüratını bölüşən ana bunları vurğulayıb: "Şəhid anası bağlamanın üzərində olan şəhid fotosunu görüb bizim yardımı canla-başla qəbul edib. Sağ olsun, onun əllərindən öpürəm. Mənim balamı öz balası kimi qəbul edib, fotosunun sinəsinə basdığı üçün təşəkkür edirəm. Onun balasına qurban olum. Kaş yaxın olardı mən də gedib onun balasını ziyarət edib, baş daşını sinəmə basardım.
 
Günel Hüseynli
 
Video: Hüseyn Həsənov
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
11:24 09.09.2025
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
11:22 09.09.2025
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
11:20 09.09.2025
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
11:18 09.09.2025
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
11:14 09.09.2025
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
11:13 09.09.2025
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
11:11 09.09.2025
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
11:04 09.09.2025
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
11:03 09.09.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
10:59 09.09.2025
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
10:57 09.09.2025
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
10:53 09.09.2025
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
İran parlamenti qapalı toplantı keçirir
10:45 09.09.2025
İran parlamenti qapalı toplantı keçirir
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
10:44 09.09.2025
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
10:38 09.09.2025
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
10:35 09.09.2025
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək