YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
SOSİAL
15:46 04.03.2021
380
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, fond tərəfindən bu günə qədər 2 775 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 4 261 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 1 545 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, Fond tərəfindən 13 104 şəhid ailəsi üzvləri və yaralı ziyarət olunub.

OXŞAR XƏBƏRLƏR