Gərginliyin gündən-günə artdığı Yaxın Şərqlə bağlı ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Blinken avstraliyalı həmkarı Penni Vonq ilə görüşü zamanı İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə bütün tərəfləri gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.
Qəzzada atəşkəs əldə edilməsinin vacibliyini deyən Blinken atəşkəsin bölgəyə sakitlik gətirə biləcəyinə diqqət çəkib.
"Gərginliyin artması heç kimin xeyrinə deyil. Bu, daha çox qarşıdurma və daha çox şiddətə səbəb olacaq", - deyə Blinken əlavə edib.
Qeyd edək ki, Blinken və Vonqun vasitəçiliyi ilə ABŞ və Avstraliya arasında dezinformasiya və onunla mübarizədə tərəfdaşlığı əhatə edən anlaşma memorandumu imzalayıblar.