"Toyu çox olanlar zəif müğənnilərdir" - VİDEO

"Toyu çox olanlar zəif müğənnilərdir" - VİDEO
MAQAZİN
12:23 04.02.2026
380
"Yaxşı sənətkarların hər zaman az toyu olub. Toyu çox olanlar zəif sənətçilərdir".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Tarixin bir günü"nün canlı efirində xanəndə Sahib İbrahimov səsləndirib.
 
Sənətçi toyun sənət göstəricisi olmadığını vurğulayıb:
 
"Toy sənətkarlıq göstəricisi deyil. Zamanında mən də toya getmişəm, indi də gedirəm. Amma indi ab-hava başqadır. Toyun çox olması sənətkarlıq göstəricisi deyil. Mən gənc olanda, yaşadığım rayonda da şahidi olurdum ki, yaxşı sənətkarlar çox az toya gedirdilər. Toyları çox olanlar isə zəif müğənnilər idi. Onların toy tapmağı asand idi, bacarırdılar. Amma sənətkarlar o qədər abırlı-həyalı olurlar ki, sənətlərinin böyüklüyündən çiyinlərində ağır yük olur".
 
Aysel

OXŞAR XƏBƏRLƏR