"X" platforması İsrail polisinin yəhudi uşaqlarına hücum etdiyini göstərən şəkillərin silinməsini istəyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, profilində "Yəhudilər Sionizmə Qarşı Birləşdi” məlumatının yer aldığı Torah Yahudilik adlı istifadəçi "X" hesabından mövzu ilə bağlı açıqlama və şəkil paylaşıb.
Bəyanatda "Sionist polisin yəhudi uşaqlarına necə hücum etdiyini, döydüyünü və həbs etdiyini göstərən videonu hamının görsün deyə paylaşdıq" deyilib.
Bununla belə, X-in sözügedən görüntünün uşaq istismarına və şiddətə təşviq etdiyinə qərar verdiyi və onlardan onu silmələrini istədiyi, əks halda hesabın dayandırılacağı ilə təhdid edildiyi bildirilib.
İsrail polisinin bir gənci yerə yıxdığı görüntülərə də toxunan bəyanatda bunun sionistlərin yəhudi icmasına necə zülm etdiklərini açıq şəkildə göstərdiyi və X-in bu videonun antisemit olduğunu iddia etdiyi bildirilib.
Açıqlamada "Platforma açıq şəkildə yəhudiləri yəhudi olaraq görmür. Buna görə "X" şirkətinin fikrincə, yalnız sionistlər yəhudidir. Anti-sionist yəhudi icması sionistlərin antisemitizmi ilə məşğul olduğu halda, indi X platformasının antisemitizmi ilə də məşğul olmalıdır”.
Mikayıl