Rusiya Xarici İşlər Nazirliyi İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və fanatik yəhudilərin Məscidül-Əqsaya basqının təxribatçı bir hərəkət olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünən nazirliyin verdiyi açıqlamada Ben-Qvir və fanatik yəhudilərin Məscidül-Əqsaya qarşı hərəkətlərinə reaksiya verilərək bu fikirlər səsləndirilib:
"Moskva Ben-Qvirin bu təxribatçı hərəkətindən son dərəcə narahatdır. Sionizm tərəfdarları daim oxşar hərəkətlərlə məşğul olurlar. İsrail rəhbərliyi Qüdsdəki müqəddəs yerlərlə bağlı status-kvonu pozan hərəkətləri nəinki qınamalı, həm də dayandırmalıdır".ş
Bəyanatda vurğulanır ki, belə addımlar həm İsrail, həm də Fələstin cəmiyyətlərində radikal əhval-ruhiyyənin kəskinləşməsinə gətirib çıxarır və Qəzza zolağında gərginliyi azaltmaq üçün beynəlxalq təşəbbüslərə zərbə vurur.
Mikayıl