Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır
İQTİSADİYYAT
10:58 01.09.2025
223

Bu il paytaxtımız dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan – 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına ev sahibliyi edəcək. Yarışma 31 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.

İnnovasiya və təhsilin inkişafına önəm verən Yelo Bank, Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu qlobal miqyaslı tədbirin bank tərəfdaşı kimi çıxış edir.

 

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən seçilmiş universitet komandaları iştirak edəcək. Hər il 110-dan çox ölkədən 3500-ə yaxın universiteti təmsil edən 70 minədək tələbə ICPC-nin rəsmi mərhələlərində yarışır. Dünya finalında isə 70 ölkədən 140 komanda (hər biri 3 tələbədən ibarət olmaqla) öz bilik və bacarıqlarını nümayiş etdirəcək.

 

Azərbaycan universitetləri 2005-ci ildən etibarən ICPC-nin regional mərhələlərində iştirak edir. Bu illər ərzində ölkədə proqramlaşdırma sahəsinin tanıdılması, gənclərin bu sahəyə marağının artırılması və mövcud potensialın inkişafı istiqamətində mühüm addımlar atılıb. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilən dünya finalında uğurlu çıxışı ilə yadda qalıb.

 

Qlobal müsabiqə "ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.

 

Yelo Bank bu cür təşəbbüslərə tərəfdaşlıq etməklə ölkədə rəqəmsal transformasiyanın inkişafına və gənc istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək verir.

Bank xidmetleri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır